Latın Amerika ölkəsi  Meksikada  son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) səbəbiylə 236 nəfər həyatını itirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Meksika Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda COVID-19 səbəbiylə 236 nəfər ölərək, ümumi ölənlərin sayı 2 min 507-ə çatıb.

Yoluxma hallarının 26 min 25-ə qədər artdığı ölkədə virusdan sağalanların sayı 16 min 810-a yüksəlib. 

Qeyd edək ki, Meksikada COVID-19 ilk oluxma hadisəsi  28 fevralda, virusla əlaqəli ilk ölüm isə 19 Martda baş verib.