Qərbi Afrikada 43 milyondan çox insanın yeni növ koronavirus (COVID-19) səbəbiylə yaxın aylarda qida çatışmazlığı riski ilə qarşılaşacağı bildirilib.
Unikal.org istinadən xəbər verir ki, Ümumdünya Qida Proqramında yayımlanan hesabatda fikirləri yer alan Ümumdünya Qida Proqramının sözçüsü Elisabeth Byers, Afrikada COVID-19 pandemiyasından təsirlənən, münaqişələrdən qaçan və iqlim dəyişikliyi səbəbiylə çətin bir vəziyyətə düşdüyünə diqqətə çatdırıb.
İyundan avqust ayına qədər bölgədə 5 yaşa qədər 12 milyon uşağın qidalanmada çətinlik ilə qarşılaşacağını qeyd edən Byers, 43 milyondan çox insanın qida çatışmazlığı riski altında olduğunu söyləyib.
Yaxın 3 ay ərzində Qərbi Afrikada təxminən 21 milyon insanın qida əldə etməkdə çətinlik çəkəcəyini bildirən Byers, COVID-19 pandemiyasının sosial-iqtisadi təsirinin vəziyyəti daha da pisləşdirdiyini vurğulayıb.