Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) Somalidə təsirli yağıntılar nəticəsində yaranan sel nəticəsində 16 nəfərin öldüyünü açıqlayıb.

Unikal.org xəbər verir ki, UNOCHA-nın verdiyi açıqlamaya görə, aprel-iyun dövründə ölkənin Puntland, Galmudug və Jubaland bölgələrində başlayan sel nəticəsində  16 nəfər ölüb.

Açıqlamada, fəlakət səbəbiylə bu günə qədər 200 min adam məcburi köçkün olduğu bildirilib.

Bölgələrdəki selin yeni bir növ koronavirus (Covid-19) epidemiyası və çəyirtkə infeksiyası əlavə edildiyi zaman insanların vəziyyətini pisləşdirəcəyi bildirilib.

Qeyd edək ki, Somalidə bu günə qədər 873 Covid-19  yoluxma hadisəsi görülsə də, 39 nəfər virusun qurbanı olub.