Türkiyədə 3,4 bal gücündə zəlzələ baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən açıqlamaya əsasən, yeraltı təkanların episentri Bursa şəhərindən 112 kilometr cənubda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.