Cənubi Amerika ölkəsi Braziliyada, son 24 saat ərzində yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə 615 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Covid-19 səbəbiylə ölənlərin sayı 615 nəfər artaraq 8 min 536-ya, yoluxanların sayı isə 10 min 503 artaraq 125 min 218-ə çatıb.
Əhalisi 210 milyona çatan Braziliya, Latın Amerikasında Covid-19 pandemiyasından ən çox təsirlənən ölkədir.
Qeyd edək ki, bölgədəki ilk Covid-19 yoluxma halı və virusla əlaqəli ölüm də Braziliyada meydana gəlib.