Türkiyədə koronavirus pandemiyası səbəbiylə tətbiq edilən karantin qaydaları Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə AK Partiyanın iclasında müzakirə edilib.

Unikal.org xəbər verir ki, 4 mərhələdən ibarət olan normallaşdırma addımlarının ikinci mərhələsində komendant saatı məhdudiyyətlərinin tədricən qaldırılması planlaşdırılır. Lakin, 65 yaşdan yuxarı şəxslərin sərbəst hərəkətləri üçün bəzi məhdudiyyətlər qüvvədə qalacaq. 

Həmçinin də, kafe və restoranlar müəyyən məhdudiyyətlərlə xidmət edəcək.

Məscidlərdə  cümə namazı  açıq havada 12 iyunda birlikdə ibadət olunacağı və cümə namazı zamanı sosial məsafə və maska taxmağın məcburi olması bildirilib. Bununla bağlı olaraq, məscidlərdə dezinfeksiya işlərinə yenidən başlanılıb.