Almaniyada koronavirusda ölənlərin sayı son 24 saatda 123 nəfər artaraq 7 min 119-a çatıb.
Unikal.org xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən nəşr olunan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 1284 nəfərə koronavirus diaqnozu qoyulub.
Beləliklə, Almaniyada yoluxanların sayı 166 min 91-ə, ölənlərin sayı isə 123 nəfər artaraq 7 min 119-a yüksəlib.
Qeyd edək ki, dünyada koronavirus pandemiyasına yoluxanların sayı 3 milyon 822 min 860-a çatıb.