Ermənistanda koronavirusa yoluxanların sayı 2 min 884 nəfərə çatıb.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində 102 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 2 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 42 nəfər koronavirusun qurbanı olub, 1 648 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.