Hindistanın Visaxapatnam şəhərindəki sintetik kauçuk zavodunda kütləvi zəhərlənmə olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus (COVID-19) epidemiyası səbəbiylə bağlanmış və yenidən fəaliyyət göstərən “LG Polymers”ə məxsus zavodda səhər tezdən qaz sızıntısı baş verib.

Zavodun rəhbərliyi bu barədə açıqlama verib. Bildirilib ki, sızıntının başlaması ilə 3 kilometrlik ərazidə yaşayan çox sayda insanın nəfəs darlığı, gözlərindəki yanma hissi və müxtəlif şikayətlərlə xəstəxanalara getməyə çalışdıqlarını və bir çoxunun yollarda huşsuz vəziyyətdə qalıblar. 

Təxminən 200 nəfər təcili yardım maşınları ilə xəstəxanaya aparılıb, sənaye obyektinin ətrafında yaşayanlar isə bölgədən çıxarılıb.

Hadisə nəticəsində 8 yaşlı uşaq da daxil olmaqla 8 nəfər ölüb, mindən çox adam zəhərlənib.