Pakistanın Pəncab əyalətində Hərbi Hava Qüvvələrinin hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki,  qəza nəticəsində iki pilot hadisə yerindəcə həlak olub.

Hadisə Lahor şəhərindən 300 kilometr məsafədə, təlim uçuşu zamanı baş verib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.