Rusiyada son 24 saat ərzində 11 min 231 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə ərazisində son sutkada 11 min 231 yeni koronavirusa yoluxma halı qeydə alınıb.  Beləliklə, Rusiyada Covid-19 daşıyıcıların sayı 177 min 160-a çatıb.

Bundan əlavə, 24 saatda ölüm halı 88 nəfər artaraq, ümumi ölü sayı 1 625-ə yüksəlib.