Cənub-Şərqi Asiya ölkəsi Sinqapurda koronavirus pandemiyasına yoluxanların sayı  20 min 900-ü keçib.

Unikal.org “Channel News Asia”a istinadən  xəbər verir ki, Səhiyyə Nazirliyi son 24 saat ərzində ölkədə 741 nəfərə COVID-19 diaqnozu qoyaraq, ümumi yoluxanların sayının 20 min 939-a çatdığını açıqlaıb.

Bu günə qədər Sinqapurda COVID-19 səbəbiylə 20 nəfər həyatını itirib. Ölkədə COVİD-19-dan 1 354 nəfər sağalsa da, 19 285 nəfər müalicəsini davam etdirilir.

Qeyd edək ki, Səhiyyə naziri Gan Kim Yong, yeni bir növ koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün “elektrik kəsicisi” adlandırdığı qismən təcrid tədbirlərini aradan qaldırmaq üçün gündəlik COVID-19yoluxma artımının uzun müddətə sıfıra və ya təkrəqəmli rəqəmlərə düşməsinin lazım olduğunu söyləyib.