Polşa parlamenti prezident seçkilərində səsvermənin poçt vasitəsilə keçirilməsi barədə qanun layihəsini qəbul edib.

Unikal.org məlumat verir ki,  parlamentin aşağı palatası 236 lehinə, 213 əleyhinə olmaqla qanunu qəbul edib. Qanun ölkə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Polşada prezident seçkiləri mayın 10-da baş tutmalı idi. 

Belə ki, parlament müzakirələri ilə əlaqədar seçkilər iyun ayına keçirilib. Səsvermənin tarixi yaxın zamanlarda açıqlanacaq.