İranda COVID-19 səbəbiylə ölənlərin sayı son 24 saatda 68 artaraq 6 min 486-ya çatıb.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, Dövlət televiziyasından danışan Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saat ərzində 68 insanın həyatını itirdiyini və COVID-19 səbəbiylə ölkədə 485 yeni yoluxma halının  aşkarlandığını açıqlayıb.

Ölkədə COVID-19 səbəbiylə həyat itkisinin 6 min 486-ya yüksəldiyini bildirən Cihanpur, yoluxanların ümumi sayının 103 min 135 olduğunu bildirib.

Virusa yoluxanların 2 min 728-nin vəziyyətinin kritik olduğunu bildirən Səhiyyə Nazirliyinin sözçüsü, bu günə qədər sağalan xəstələrin sayının 82 min 744 olduğunu da qeyd edib.

Cihanpur, həmçinin də, indiyə qədər ölkə daxilində 544 min 702 adamın COVID-19 sınaqdan keçirildiyini bildirib.