Belçikada koronavirus pandemiyasına yoluxanların və ölənlərin sayında artım müşahidə olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Böhran Mərkəzində edilən açıqlamaya görə, son 24 saat ərzində ölkədə 639 nəfərə koronavirus diaqnozu qoyularaq, ümumi yoluxma sayı  51 min 420-yə, ölüm hallarının sayı isə son sutkada 80 nəfər artaraq ümumi həyatını itirənlərin sayı 8 min 415-ə yüksəlib.