Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.

Məlumatda, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək. Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.

Həmçinin də, N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.