Rusiyanın Primorye ərazisində  Böyük Vətən müharibəsinin 94 yaşlı veteranı koronavirusa qalib gəlib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, koronavirusa yoluxan 94 yaşlı Böyük Vətən müharibəsinin veteranı tez zamanda virusdan tamamilə sağalmağı bacarıb.

Qeyd edək ki, bu günə qədər Primoryedə 727 yoluxma halı qeydə alınıb, 50-dən çox insan  ağır vəziyyətdədir. 

Ümumilikdə, Rusiyada 165 min 929 nəfər koronavirusa yoluxub. Onlardan 1 537 nəfəri ölüb, 21 min 327 nəfəri isə sağalıb.