Yunanıstanın paytaxtı Afinada, COVID-19 pandemiyası  səbəbindən peşələrinə mənfi təsir göstərdiyini ifadə edən sənətçilər  etiraz təşkil edib.

Unikal.org xəbər verir ki, Parlament binasının “Biz maskalar taxırıq, amma səssiz deyilik” şüarı altında olan Sintaqma Meydanında bir araya gələn yüzlərlə musiqiçi, aktyor, yazıçı və rəssam rəngli geyimləri ilə “sivilizasiyanı susdurmaq olmaz”, “Sənət isti çörək kimidir” yazan pankartlar gəzdiriblər.

Etirazda, hökumətin maliyyə dəstəyi proqramlarına daxil olmaq istəyən sənətçilər, 535 avro yardım güzəştləri, vergi güzəştləri və icarə köməyi tələb edib. 

Qeyd edək ki, Yunanıstanda, COVID-19 pandemiya tədbirləri çərçivəsində 23 martda komendant saatları başlayıb və 4 maydan etibarən görülən tədbirlər yumşadılmağa başlanılıb.

Əvvəlcə bərbər və kitab mağazaları kimi bəzi kiçik müəssisələrin açıldığı bir vaxtda teatrların, kinoteatrların və konsert salonlarının nə vaxt açılacağı ilə bağlı heç bir açıqlama verilməyib.