İngiltərədə altı aylıq hamilə olan Niki Levis adlı qadın evdə olarkən qan zəhərlənməsi səbəbindən özündən gedib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun həyatını 6 yaşlı Maks adlı oğlu xilas edib. Belə ki, anasının telefonu ilə xalasına zəng vuran uşaq ona hadisə ilə bağlı məlumat verib.

31 yaşlı qadının bacısı Sonia dərhal evə təcili yardım çağırıb. Həkimlər Niki Levisi son anda xilas edə biliblər. 6 yaşlı uşağın valideynləri belə ağıllı bir övlada sahib olduqları üçün xoşbəxt olduqlarını bildiriblər.