Əfqanıstanın Səhiyyə naziri Ferozuddin Feroz yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə “TOLO News” telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Əfqanıstanda indiyə kimi 3 563 nəfər koronavirusa yoluxub.
Virusa yoluxan 468 nəfər sağalıb, 106 nəfər vəfat edib.