Nigeriyada qeyri-adi hal yaşanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sürücü işləyən Olalekan Hamid adlı şəxs "Zoom" proqramı vasitəsilə keçirilən keçirilən məhkəmə zamanı müdirinin anasını öldürməklə ittiham olunub. Təqsirləndirilən şəxs həbsxanadan, hakim isə məhkəmə salonundan "onlayn məhkəmə"yə qoşulub. 

2018-ci ildən etibarən məhkumluq həyatı yaşayan Olalekan Hamid irəli sürülən ittihamların yalnış olduğunu bildirib. 3 saat davam edən məhkəmədən sonra hakim tərəfindən ona edam cəzası verilib. 

İnsan Haqları İzlənilməsi Komitəsindən edilən açıqlamada bunun çox ağır cəza olduğunu qeyd olunub.