İtaliyada son günlərdə koronavirusdan ölənlərin sayında azalma müşahidə olunur.

Unikal.org xəbər verir ki, son 24 saat ərzində ölkədə 274 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bununla da pandemiya qurbanlarının sayı 29 958-ə çatıb.

Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Dünyada 3,8 milyondan çox insan bu virusa yoluxub.