Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıq zamanı 75-ci Qələbə günü koronavirusla mübarizə ilə bağlı məsələlər müzakirə olunub. 

Donald Trampın amerikalıların sağlamlığı üçün çaklışdığı və Rusiya da daxil olmaqla digər ölkələrə yardım etmək üçün hazır olduqları bildirilib.

Qeyd edək ki, dövlət başçıları arasında regional məsələlər də müzakirə edilib.