Braziliyada 38 yaşlı kişi bel ağrısı şikayəti ilə Sao Paulo şəhərində yerləşən xəstəxanalardan birinə müraciət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yoxlamalar nəticəsində ağrıya bel yırtığının səbəb olduğu məlum olub. Eyni zamanda xəstənin 3 böyəryi olduğu da ortaya çıxıb.
Onun böyrəklərindən birinin bədəninin sol tərəfində, digər ikisinin isə bir-birinə yapışmış vəziyyətdə sağ tərəfdə yerləşdiyi görünüb. Həkimlər həmçinin ər 3 böyrəyin də sağlam vəziyyətdə olduğunu bildiriblər.
Dünyada belə hallara çox nadir rast gəlindiyi açıqlanıb.