Türkiyədə son sutka ərzində daha 57 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 641-ə çatıb. Son günlərdə Türkiyədə koronavirusdan ölənlərin sayında azalma müşahidə olunur.

Eyni zamanda daha 1 977 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, ölkədə virusa yoluxanların sayı 133 721-ə yüksəlib. Onlardan 82 984-ü müalicə olunaraq sağalıb.