Afrika ölkələrindən Ruandada şiddətli yağışların yağması ilə sel hadisəsi meydana gəlib.

Unikal.org "The New Times"-a istinadən xəbər verir ki, fəlakət nəticəsində cəmi 55 nəfər həlak olub. 5 körpü uçub, 91 ev su altında qalıb. Hökümət zərər çəkən ailələrə yardım ediləcəyini açıqlayıb.

Qeyd edək ki, ölkədə mövsümi olaraq mart ayında başlayan yağışların may ayının sonlarına qədər davam edəcəyi bildirilib.