Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) ABŞ-da 70 mindən çox insanın ölümünə səbəb olub.

Unikal.org "CNN"-ə istinadən xəbər verir ki, ölkə Prezidenti Donald Trampın adı açıqlanmayan köməkçilərindən birinin koronavirusa yoluxduğu açıqlanıb. Onun Trampla yaxın təmasda olduğu bildirilib.

Nəticədə ABŞ Prezidentinin sağlamlığı ilə bağlı suallar meydana gəlib. Ağ Evdən edilən yazılı açıqlamada bu hadisədən sonra Donald Tramp və onun köməkçisi Mayk Pensin koronavirus testindən keçdiyi və nəticələrin neqativ olduğu qeyd olunub.