ABŞ-da son sutka ərzində daha 2 483 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 74 817-ə çatıb. Son gün ərzində daha 24 904 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, pandemiyanın mərkəzinə çevrilən ABŞ-da virusa yoluxanların ümumi sayı 1 263 705-ə yüksəlib.

Koronavirusa yoluxanların ən çox olduğu ştat Nyu-Yorkdur (133 059 nəfər).