Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası ilə bağlı araşdırmalar davam etdirilir.

Unikal.org "New York Times"-a istinadən xəbər verir ki, ABŞ-da koronavirusun mənbəyinin Nyu-York ştatı olduğu məlum olub. Belə ki, virus karantin qaydaları tətbiq olunmazdan əvvəl Nyu-Yorkdan digər əyalətlərə səyahət edən şəxslər vasitəsilə yayılıb. 

Həmçinin koronavirusun hər dəfə yeni insanlara yoluxarkən mutasiyaya uğrayaraq növünün dəyişdiyi bildirilib. 

Qeyd edək ki, ABŞ-da ilk koronavirusa yoluxma faktı Vaşinqton ştatında aşkarlanıb. Həmin şəxsin də virusu Çindən ABŞ-a daşıdığı sübut olunub.