Fransada koronavirus səbəbindən tətbiq olunan karantin qaydaları 11 may tarixindən etibarən yumşaldılacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Eduard Filip keçirdiyi brifinqdə deyib. O, 11 may tarixindən etibarən virusla müabrizədə növbəti mərhələyə keçəcəklərini bildirib hər kəsi diqqətli olmağa çağırıb. 

Eduard Filip qeyd edib ki, pandemiyanın təsiri ölkədə getdikcə zəifləyir, lakin paytaxt Parisdə vəziyyət kritik olaraq qalır. 

Eyni zamanda ölkədəki məktəblərin əksəriyyətinin gələn həftə açılacağı məlum olub.