İngiltərədə son sutka ərzində daha 539 nəfər koronavirusdan ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 615-ə çatıb. Son gün ərzində ölkədə 86 583 nəfər koronavirus testindən keçib.

Nəticədə virusa yoluxanların ümumi sayı 206 715-ə yüksəlib. İngiltərənin Xarici İşlər Naziri Dominik Raab keçirdiyi brifinqdə "Virusa hələ ki, qalib gəlməmişik. O yoluxucu və ölümcül xüsusiyyətlərini hələ də qoruyur" sözlərini deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma hallarının pik nöqtəsi geridə qalıb.