Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 51 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 956 nəfərə çatıb.

Rusiyada indiyədək 177 minə yaxın insan koronavirusa yoluxub, 1600-dən çox ölüm qeydə alınıb.