Koronavirusun dünya iqtisadiyyatına böyük ziyan vurduğu hər kəsə məlumdur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya dövründə ən çox vəsait itirən şəxsin kim olduğu məlum olub. Bu Luis Vuitton şirkətinin sahibi Bernar Arnodur. Karantin qaydaları səbəbindən onun mağazaları fəaliyyət göstərə bilmir.

Sahibkar bu dövr ərzində 30 milyard dollardan (51 milyard manat) çox pul itirib. Şirkət rəhbərliyindən edilən açıqlamada satışların üçdə bir hissəsinin Çin bazarından asılı olduğu bildirilib.