Ötən günlərdə koronavirusla mübarizə məqsədilə Türkiyə İngiltərəyə 400 min ədəd tibbi qoruyucu vasitə göndərmişdi.

Unikal.org xəbər verir ki, daha sonra İngiltərə mətbuatında yayılan xəbərlərdə həmin tibbi avadanlıqların istifadəyə yararsız olduğu iddia olunmuşdu. Birləşmiş Krallıq səfiri Dominick Chilcott isə bu iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

O, "Twitter" hesabında yardıma görə Türkiyəyə təşəkkürünü bildirib.