ABŞ prezidenti Donald Tramp bildirib ki, hər gün koronavirus testindən keçəcək.
Unikal.org məlumat verir ki, bu barədə Ağ Ev rəhbəri keçirdiyi mətbuat konfransında xəbər verib.
"Biz ABŞ-ın vitse-prezidenti Maykla Penslə həftədə bir dəfə yoxlanılırdıq, bu, indi hər gün olacaq" deyə Tramp bildirib. O, həmçinin Ağ Ev əməkdaşlarından birinin koronavirusla yoluxduğunu təsdiqləyib. "Mənim bu centlmenlə çox məhdud əlaqəm var idi", - ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, ABŞ prezidentinin köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub. Prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur.