Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyasına yoluxan insanların  sayı 3 milyon 900 mini keçib.

Unikal.org COVID-19 ölkələrində və bölgələrdə yeni hallar haqqında məlumatların toplandığı “Worldometer” veb saytına istinadən xəbər verir ki,  dünyada ümumi yoluxanların sayı 3 milyon 903 min 577-yə çatıb.

Ən çox dyoluxma halına görə 1 milyon 287 min 552 ilə ABŞ olub. Daha sonra 256 min 855 ilə İspaniya, 215 min 858 ilə İtaliya, 206 min 715 ilə İngiltərə, 177 min 160 ilə Rusiya, 174 min 791 ilə Fransa, 169 min 430 ilə Almaniya, 133 min 721 ilə Türkiyə, 132 min 367 ilə Braziliya və İranı 103 min 135 ilə qeyd olunub.

Koronavirusun meydana gəldiyi Çində isə 82 min 885 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, pandemiya səbəbi ilə dünyada 270 min 3 nəfər həyatını itirib, yoluxmuş 1 milyon 333 min 935 adam isə sağalıb. Hazırda 2 milyon 299 min 639 aktiv yoluxmuş insan müalicə olunur.