Konqo Respublikasının paytaxtı Brazavil şəhərinin Kintele ərazisində güclü ildırım çaxması nəticəsində 20 nəfər ölüb və çox sayda insan yaralanıb.
Unikal.org xəbər verir ki, Kintele Bələdiyyə Başçısı Nguessonun sözlərinə görə, ildırımın yüksək gərginlikli xəttə çırpıldığını və nəticədə meydana gələn yüksək gərginlik nəticəsində 20 nəfərin öldüyünü açıqlayıb.
Nguesso,həmçinin də, çox sayda insanın yaralandığını və yaralıların bölgədəki Talangai Xəstəxanasına köçürüldüyünü bildirib.
Qeyd edək ki, bəzi şahidlər meydana gələn yüksək gərginlik küçədəki evlərə və gölməçələrə dəydiyini və itki yaşadıqlarını bildirib.