Almaniyada koronavirus pandmeiyasından ölənlərin və yoluxanların sayında artım müşahidə olunub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu açıqlayıb. Məlumatda, ötən sutkada 1 209 nəfərə koronavirus diaqnozu qoyulub.Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 167 min 300-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 147 nəfər artaraq 7 min 226-ya çatıb.
Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 141 mini ötüb.