Dünayad yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən həyatını itirənlərin sayı 270 min nəfəri keçib.

Unikal.org ölkələrdə və bölgələrdə COVID-19 hadisələri ilə bağlı məlumatların tərtib edildiyi “Worldometer” veb saytına görə, dünyada COVID-19 nəticəsində ölənlərin sayı 270 min 3-ə, yoluxanların sayı 3 milyon 903 min 57-ə çatıb.

COVID-19 səbəbiylə ən çox itki ABŞ-da görülüb, burada 76 min 693 adam virusun qurbanı olub. 30 min 615 ölümlə İngiltərə, 29 min 958 ölümlə İtaliya, 26 min 70 ilə İspaniya, 25 min 987 ilə Fransa, 9 min 54 ilə Braziliya, 8 min 415 ilə Belçika, 7 min 392 ilə Almaniya, 6 min 486 ilə İran, 5 min 288 ilə Hollandiya və 4 min 633 ilə Çin sıralanıb.