Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Şi Cinpingə, Pekin administrasiyasının yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı mübarizədə qazandığı uğurlara görə təşəkkür edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatında, “Çin Prezidentini təbrik edirəm və görünməmiş epidemiyaya qarşı müharibədə qələbə qazanma şansının yüksək olduğunu qiymətləndirəm” deyə təbrik məktubunu göndərib.

Qeyd edək ki,  məlumatda, Kimin mesajının nə vaxt göndərildiyi barədə heç bir məlumat verilməyib.