Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası ABŞ-da tüğyan etməyə davam edir. 

Unikal.org "Wall Street Journal"-a istinadən xəbər verir ki, ölkədə hər gün minlərlə insan koronavirus səbəbindən dünyasını dəyişir. Son məlumatlara görə isə, 2020 ci il ərzində ABŞ-da ən çox ölüm halları koronavirusla əlaqəli deyil.

Belə ki, cari il ərzində infarkt səbəbindən ölənlərin sayı pandemiya qurbanlarının sayından 3 dəfə çoxdur. Bildirilib ki, ölkədə yanvar-aprel ayları arasında 1 milyon insan ölüb. Onlardan 230 mini infarkt, 200 mini xərçəng, 75 mini isə "Covid-19" səbəbindən dünyasını dəyişib.