Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası artıq dünyanın əksər ölkələrində yayılıb.

Unikal.org xəbər verir ki, buna baxmayaraq, dünyada koronavirusun aşkarlanmadığı ərazilər də mövcuddur. Bunlardan biri da Antarktida qitəsidir. 

Qitə hal-hazırda "Covid-19" təhlükəsi baxımından dünyada ən güvənli yer olaraq açıqlanıb. Əksəriyyəti araşdırmaçı olan beş min nəfərin yaşadığı Antarktidada indiyə qədər koronavirusa yoluxma halı aşkarlanmayıb.

Hal-hazırda qitədə yaşayan araşdırmaçılardan biri olan şotlandiyalı Robert Teylor koronavirusla bağlı "Ailəm və nənəm üçün çox narahatam. Sanki Ayda yaşayırıq. Hər şeydən xəbərimiz var, amma heç nəyə müdaxilə edə bilmirik" sözlərini deyib.