ABŞ-da son sutka ərzində daha 2 238 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 77 055-ə çatıb. Eyni zamanda son gün ərzində daha 31 326 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

Beləliklə, pandemiyanın ən geniş yayıldığı ölkə olan ABŞ-da virusa yoluxanların sayı 1 295 031-ə yüksəlib.

Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya adlandırılıb.