Türkiyədə son sutka ərzində daha 48 nəfər koronavirusdan ölüb.
Unikal.org-un məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 689-ə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir həmçinin daha 1 848 nəfərin koronavirusa diaqnozu yoluxduğunu və beləliklə, infeksiya daşıyıcılarının ümumi sayının 135 569-a yüksəldiyini açıqlayıb.
Eyni zamanda 86 396 nəfər müalicə olunaraq sağalıb.