Ermənistan parlamentinin koronavirusla mübarizə ilə bağlı keçirilən iclası zamanı dava olub.

Unikal.org xəbər verir ki, “Parlaq Ermənistan” müxalif fraksiyasının rəhbəri Edmond Marukyan ilə millət vəkili Sassoun Mikaelian arasında mübahsiə yaranıb. Nəticədə onlar dava ediblər.

Oturduğu yerdən qalxan Mikaelian kürsüyə yaxınlaşıb və Maroukiana şillə vurub. Həmin anlar kameralar  vasitəsilə görüntülənib.