ABŞ Prezidenti Donald Tramp Venesuela baş verən terror cəhdinə münasibət bildirib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın bu məsələ ilə əlaqəsi yoxdur: 

"Bununla bağlı heç nə bilmirəm. Əgər Venesuela ilə bağlı nə isə etmək istəsəydim, belə yox, başqa cür edərdim. Adı da işğal olardı"

Tramp eyni zamanda terror cəhdini həyata keçirməyə çalışanları "bacaraqsız" adlandırıb. Qeyd edək ki, bu terror cəhdinin amerikalı bir əsgər tərəfindən edildiyi bildirilib.