Çinin Honq Konq şəhərində parlament iclası zamanı dava düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna iclasa kimin rəhbərlik edəcəyi ilə bağlı məsələdə yaranan mübahisə səbəb olub. Pekinin millət vəkili rəhbər stoluna əyləşib və onun ətrafını mühafizəçiləri sarıb.

Buna görə də digər milklətvəkilləri onun həmin stoldan qaldıra bilməyiblər. Dava 1 saat davam edib. Yarımçıq qalan iclas isə təxirə salınıb.