Sinqapurda parkların birində insanlar arasında sosial məsafənin əməl olunmasına nəzarət edən robot işə salınıb.

Unikal.org xəbər verir ki, layihə çərçivəsində "Spot" adlı dördayaqlı robot parkda 3 kilometrlik sahədə hərəkət edəcək. Bu müddət ərzində robotun üzərində sosial məsafəyə əməl olunmasının zəruriliyi barədə məlumat yayımlanacaq.

Bundan başqa, robot kameralar vasitəsilə ziyarətçilərin sıxlığı barədə məlumatları da toplayacaq.