ABŞ-da koronavirusun ən geniş yayıldığı ştat Nyu-Yorkdur.
Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, ştat valisi Andryu Kuomo hal-hazırki vəziyyətlə bağlı açıqlama verib:
"Pandemiyanın yayılmasına əngəl ola bilmişik. Virusun nəzarət altına alınması üçün karantin qaydalarına hələ də əməl olunmalıdır"
Qeyd edək ki, Nyu-Yorkda son sutka ərzində 216 nəfər koronavirusdan ölüb.