Afrika ölkələrindən Keniyada şiddətli yağışlar nəticəsində sel hadisəsi meydana gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Busia, Bungoma, Kakamega və Vihiga əyalətlərində görülən sel 57 min insanı evindən didərgin salıb. Bungoma və Busiada isə son 24 saat ərzində 7 nəfər baş verən fəlakət nəticəsində həlak olub.

Qeyd edək ki, Keniyada son 3 həftə ərzində yağan yağışlar torpaq sürüşmələrinə səbəb olub. Nəticədə 200-dən çox insan dünyasını dəyişib.